“Həqiqətən öldüyümüzdə bütün həyatımız gözümüzün önündən keçirmi?” sualı hər zaman insanları düşündürüb. Aparılmış son tədqiqat nəticəsində bu deyimin doğru olduğu sübut edildi.
Məlumatlar, ən azı beynimizin həqiqətən də təkcə dünyamızı dəyişdiyimiz zaman deyil, hətta ürəyimizin dayanmasında sonrakı saniyələr ərzində də işləməyə davam etdiyini göstərir. Ölüm zamanı qeydə alınan qamma dalğalar yuxu və meditasiya zamanı baş verenlere bənzəyir.
Beynimiz həqiqətən ölümdən sonra bir neçə saniyə erzində bütün ömür boyu xatirələri yeniden yaşaya bilərmi? Son araşma beynin “ölüm keçidi” zamanı və ondan sonra aktiv qaldığına dair ciddi sübutlar təqdim edir. Maraqlıdır ki, əlavə məlumatlar da göstərir ki, bu “həyat təkrarı” insan beyninə təbii olaraq gələn proqramlaşdırılmış, bioloji cavabdır.
Buna 87 yaşlı epilepsiya xəstəsini izləməklə nail olublar. Bu zaman elektroensefaloqrafiyadan (EEQ) istifadə edilib.Təəssüf ki, EEQ çəkilişi zamanı xəstə ürək infaktı keçirib və ölüb. Bu zaman EEQ ilə 900 saniyəlik beyin fəaliyyəti çəkilmiş və ürək döyünməsi dayandıqdan 30 saniyə əvvəl və sonra baş verənlər araşdırılmışdır. Ürəyin fəaliyyəti dayandıqdan dərhal əvvəl və sonra qamma şüaları adlanan xüsusi beyin dalğaları müşahidə edilib.
Beyin dalğaları canlı insan orqanizmində beynin fəaliyyəti zamanı yaranır. Fərqli dalğalar fərqli fəaliyyətlərdə yaranır. Məsələn, qamma dalğalarının meditasiya, konsentrasiya, yuxu görmə və yaddaşın geri qaytarılması kimi yüksək koqnitiv funksiyalarla əlaqəlidir.
Düşünülür ki, yaddaşın geri qaytarılması ilə bağlı olan qamma şüalarını yaradaraq , beyin, ölümə yaxın təcrübələrdə bildirilənlərə bənzər şəkildə, ölmədən həmən əvvəl vacib həyat hadisələrinin son bir xatırlamasını yaşayır. Bu tapıntılar, həyatın tam olaraq nə zaman sonlanması mövzusunda düşüncələrimizi alt-üst edir və orqan bağışlanmasının nə zaman edilməsi ilə bağlı fikirlərlə bağlı suallar yaranır.
Bu tapıntılar maraqlıdır, lakin son nəticədə bu yalnız bir fərdin beyni qeydə alınıb. Hələ də tədqiqatlar davam edir.
Bu araşdırmadan öyrənə biləzəyimiz isə budur: ,Sevdiklərimizin ölüm anında gözləri bağlı olsa da, bizimlə bizi tərk etməyə hazirlaşsalar da, beyinləri həyatlarında yaşadıqları ən gözəl xatirələri yenidən təkrarlayır.
Nevroloq Sevinc Mir Seyid
Orqanik.az