Nəvələrinə ata-anadan az bağlı olmayan nənələrin onlara qayğı göstərməsi müstəsna xüsusiyyətdir. Bu niyə baş verir və niyə insanlar öz uşaqlarını yaşlı doğmasına etibar edirlər?
Bir çox növlərdə nəslin sağ qalması valideyn qayğısından asılıdır. Xüsusən də anadan.
Əksər heyvanlarda dişilər ölənə qədər hamilə qala bilirlər. 50 yaşlarında qadınlarda isə menopoz başlayır və reproduktiv funksiya azalır.
Bununla belə, nənə əmək qabiliyyətini itirmir, nəvələrinin tərbiyəsində fəal iştirak edir.
Nəsillər üçün kollektiv qayğı inkişaf etdirən növlər arasında insanlar fərqlənir. Biz insanlar uşaqların qayğısını cəmiyyətin digər üzvləri ilə bölüşməyi sevirik, lakin biz yaxın qohumlara, xüsusən də valideynlərimizə üstünlük veririk.
İnsanlar nənələrə niyə ehtiyac duydular? – sual hələ də açıqdır. Bir neçə versiya var: təkamül üstünlükləri, iqtisadi, sosial səbəblər və s.
2000-ci illərdə Efiopiyanın cənubundakı Oromo xalqını müşahidə edən elm adamları hesabladılar ki, nənə ev işlərinə kömək edəndə nəvənin üç il yaşaması ehtimalı 25 % artır.
Finlandiyada iki-üç əsr əvvəl uşaq ölümü yüksək idi, lakin hansı ailədə nənə uşağın qayğısına qalırdısa, o ailədə körpələrin 2-5 yaşa çatma ehtimalı 30 % çox olurdu.
Digər tərəfdən, Almaniyada nənələr nəslin sağ qalmasına hətta mənfi təsir göstərirdi. Beləliklə, müxtəlif tədqiqatlar götərir ki, nənələrin təkamül üstünlüyü hələ də sual altındadır.
İndi qadınlar uzun ömür sürürlər. Məsələn, ABŞ-da orta hesabla 79 yaşdan yuxarıdır.
Eyni zamanda, sənayeləşmiş ölkələrdə nənə olmaq şansı gec analıq səbəbindən azalır.
Digər tərəfdən gənc valideynlər yaşlı valideyinlərindən ayrı yaşadıqları üçün onlardan kömək gözləmirlər.
Bundan əlavə, elm adamları nənələrin mənfi örnək olma məsələsini də qeyd edirlər. Məsələn, uşaqlarda düzgün qidalnamama, tərbiyə və s. Nənə-baba nəvələrini fiziki olaraq qoruyur, həddindən artıq yedizdirir, nəticədə bu uşaqlarda kökəlmə və piylənməyə gətirib çıxarır.
Tədqiqatlardan biri bunun yaşlı qohumların ailə həyatında fəal iştirak etdiyi Çində xüsusilə nəzərə çarpdığını göstərir. Bu mənada uşağın hər iki valideyin tərəfdən nənələri arasında heç bir fərq yoxdur. Lakin Avstraliyalı alimlərin araşdırmasına görə, uşaqlara qulluq etməklə daha çox ana tərəfdən qohumlar məşğul olur.
Ümumiyyətlə qarışıq elmi sübutlara baxmayaraq, nənələr cəmiyyət üçün mütləq faydalıdırlar.
Birincisi, gənc və yaşlı bir-birinə qayğı göstərdikdə, depressiya daha az yaşanır.
İkincisi, uşaqların valideynləri vəfat edibsə, həbsxanaya düşübsə və ya fəaliyyət qabiliyyətini itiribsə, yaşlı nəsil onları daha çox əvəz edir.
Üçüncüsü, nənələr nəvələri həqiqətən sevirlər. Bununla bağlı beyin araşdırmaları da sübut edir.
Nənələrin empatiyası hətta atalardan daha güclüdür.
Orqanik.az