ABŞ alimləri 100 000 insanın iştirakı ilə maraqlı araşdırma aparıblar.
Araşdırmanın məqsədi sakit vəziyətdə (oturanda və ya uzananda) normal nəbzin göstəricilərini təyin etmək idi.
Nəticələr alimləri çox təəccübləndirdi. Məlum olub ki, sakit vəziyətlə normal nəbz anlayışı… yoxdur. Belə ki, 1 insanda bu nəticə 1 dəqiqədə 40, digərində 109 vurğu ola bilər.
Nəbzin göstəricilərinə insanın cinsi, yaşı, çəkisi, fiziki aktivliyinin səviyyəsi, pis vərdişlər (siqaret çəkmək və s) və s. çoxsaylı amillər təsir edir. Hər bir insanda nəbzin göstəriciləri nisbətən eyni səviyyədə qalır. Nəbzin dəyişilməsi orqanizmdə hər hansı pozulmaya işarə edə bilər. Bu səbəbdən insan öz normal nəbzini bilməli və ona nəzarət etməlidir.
Əvvəllər normal nəbzin göstəriciləri 60-100 arasında idi, indi isə bu göstəricilər 40-109 sayıla bilər. Kişilərdə nəbzin orta göstəriciləri 50-80, qadınlarda 53-82.
Həmçinin mütəxəssislərin sözlərinə görə, nəbzin tezliyi 100-dən çoxdursa, bu stressə işarə edir.
Orqanik.az