Yemək istehlak etmək müddəti, ən az çəki və sağlamlıq üçün uyğun qida seçmək qədər vacibdir. Kalori qəbulu yeməyi istehlak etdiyiniz sürətə görə dəyişir. Bundan əlavə, yeməyi istehlak etdiyiniz müddət qidaların həzmində mühüm rol oynayır.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, ağzınıza atdığınız ilk qida artıq bununla bağlı beyninizə siqnal ötürür. Beyin bədəni stimullaşdırır və həzm prosesi üçün hazırlayır. Yeməyi istehlak etmək və çeynəmək üçün kifayət qədər vaxt sərf etsəniz, bədən həzm üçün özünü hazırlayacaqdır.
Ancaq sürətlə yediyiniz zaman bədən buna uyğunlaşmaqda çətinlik çəkir, özünü lazımi səviyyədə hazırlaya bilmir. Bu isə həddindən artıq çəki artımı, mədə ağrısı, xora kimi sağlamlıq problemləri ilə qarşılaşmağınıza səbəb olur.
İştah və kalori qəbulu əsasən hormonlar tərəfindən idarə olunur. Yeməkdən sonra mədə aclıq hissini idarə edən hormon olan qrelini boğur. Qida bağırsağa çatdıqda toxluq hissi verən leptin hormonu ifraz olunur. Bu hormonlar beyinə çatdıqda aclıq hissi azalır. Bunun baş verməsi isə təxminən 20 dəqiqə çəkir. Yemək çox tez yeyildikdə, bu hormonların fəaliyyət göstərməsi üçün kifayət qədər vaxt qalmır və toxluq hissi qəbul edilmir. Qısaca mədə lazımsız yerə artıq qida qəbul etmiş olur. Həmçinin, tez yeyən insanlar yavaş yeyənlərə nisbətən daha çox ac qalırlar. Çünki sürətli yemək yeyən insanlarda toxluq hormonu olan leptin daha qısa müddətə ifraz olunur. Bu da çəki almağa yol açır. Tədqiqatlar göstərir ki, sürətli yeyənlər yavaş istehlak edənlərə nisbətən 2 dəfə daha çox çəki qazanırlar.
Bunun qarşısını almaq üçün qida qəbulu vaxtınızı ən azı 20 dəqiqə təyin etməlisiniz. Yeməyi ağzınızda dad və qoxu hiss edənə qədər təxminən 15-40 dəfə çeynəyin. Maye qidaları isə qısa müddət ağzınızda saxlayıb qurtumla istehlak edin. Bu sayədə yediyiniz yeməklərdən daha çox həzz alacaq və lazımsız istehlakdan qaçacaqsınız.
Yeməyi kiçik parçalar halında istehlak edin. Hər dişləmədən sonra siz qaşığı (çəngəli) yerə qoymalı və növbəti dəfə üçün yenidən götürməlisiniz. Bu, yeməyi tez bitirməməyə kömək edir.
Həmçinin, televizora baxarkən və ya başqa bir işlə məşğul olarkən yemək yeməyin. Bu, diqqətinizi yediyiniz qidadan ayırır və fərqinə varmadan çox yeməyinizə səbəb olur.
Orqanik.az