Cildi nəmləndirən maska

Yay fəslində günəş şüalarının, eyni zamanda ətraf mühitin təsiri ilə dərimiz daha tez quruyur və nəmliyini itirir.

Orqanik.az Axşam.az-a istinadən nəmləndirici maskanı təqdim edir.

3 yemək qaşığı kərəviz sapının suyu, 3 yemək qaşığı düyü suyu, 3 yemək qaşığı qaymaq, 1 çay qaşığı zeytun yağı və 2-3 yemək qaşığı buğda ununu blender vasitəsiylə qarışdırın. Maskanı axşamlar üzünüzə vurub, 45-50 dəqiqə gözləyin. Daha sonra isə ilıq suyla dərinizi təmizləyin.

Qeyd edək ki, məhlulu 1 ay soyuducuda saxlaya bilərsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.