Nəyə görə koronavirus xəstələrinə isti hamam olmaz – SAUNA QADAĞASI

İsti hamam, vanna, sauna kovid keçirmiş insanın orqanizminə necə təsir edir?

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim terapevt Aleksey Xukrev açıqlama verib:

O bildirib ki, koronavirusu hamamla müalicə etmək yaxşı ideya deyil:

“Qədimdən isti hamam, buxar respirator xəstəliklərin xalq üsulu ilə müalicəsi hesab edilib.

Lakin kovidi hamamla müalicə etmək yaxşı ideya deyil. Onsuz da virus səbəbindən orqanizm ağır mərhələdədir, üstəlik isti hamam, su ona əlavə yük verir. Kovid zamanı birinci tapşırıq bol maye içməkdir ki, qanda toksinlər azalsın, qan durulaşsın.

Koviddən sağaldıqdan sonra ən azı 1 həftə isti, buxarlı hamam, isti vannadan ehtiyat etmək lazımdır. Orqanizm tam bərpa olduqdan sonra tədricən, yavaş-yavaş hamam prosedurlarını bərpa edib, suyun hərarətini də zamanla az-az qaldırmaq olar.

Kovid ürək, beyin damarlarını zədələyir, qanı dəyişir. Əgər hamamda özünüzü pis hiss edərsizsə, dərhal çıxın. Ürək-damar problemi, xəstəliyi, ağciyərlərində problemlər olanlar da isti hamamdan uzaq dursun. Onlar sərin hamamda sadəcə normal istilikdə duş qəbul edə bilərlər”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.