Nə üçün səhər acqarına su içmək lazımdır? Həkim izah edir

Yəgin hamı eşidib ki, səhər acqarına su içmək lazımdır. Lakin bir çoxları bunun səbəbini bilmir.

Orqanik.az kp.ru-ya istinadla bildirir ki, tanınmış rusiyalı həkim-endokrinoloq Zuxra Pavlova bu suala belə cavab verib:

“Gecə ərzində insan tər, nəfəsalma, böyrəklərin fəaliyyəti nəticəsində çoxlu maye itirir. Bu səbəbdən insanda səhər kəskin su çatışmazlığı yaranır. Əgər siz səhər acqarına 1 stəkan su içsəniz, bununla orqanizminizə çox böyük yardım etmiş olacaqsınız. Lakin burada suyun temperaturuna fikir verilməlidir.

Bizim mədə-bağırsaq sistemimiz bir əzələdir. Həzm sisteminin əzələləri suyun temperaturuna reaksiya verir. Daxilimizdə olan temperatur 37-38 C-dir. Əgər suyun temperaturu bundan xeyli aşağı olarsa, əzələlər yığılacaq, spazm əmələ gələcək. Bu spazm həm mədə, həm də bağırsaq və ödçıxarıcı yollarda baş verəcək. Öd yolların spazmı zamanı ödün ifrazı pozulur, öd az ifraz olunur ki, bu da həzm proseslərini pozur. Həmçinin öd kisəsində durğunluq yaranır, öd daşların əmələ gəlməsinin riski artır.

Beləliklə, səhər acqarına içilən suyun temperaturu 40-45 C olmalıdır”.

Həkim səhər yuxudan oyananda 1 və ya 2 stəkan su içməyi tövsiyə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.