Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur. Bu zaman ağrılar aşağıdakılardan asılı olur:
– xora deffektinin lokalizasiyasından
– xoranın ölçüsündən
– xoranın dərinliyindən
– mədənin sekretor funksiyasından
– xəstənin yaşından.
Xəstəliyin əsas simptomu sayılan ağrılar bir qayda olaraq ağrıların əmələgəlmə ritmi, qida qəbulu ilə bağlılığı və özünəməxsus zamanı var. Ağrılar 3 cür qeyd olunur, erkən, gecikmiş və s.
Erkən ağrılar.
Bu zaman ağrılar yemək qəbulundan 0,5 – 1 saat sonra meydana çıxır, intensivliyi tədricən artır, 2 saata yaxın saxlanılır, mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasına uyğun olaraq itir. Erkən ağrılar mədə cisminin xorası üçün xarakterikdir. Mədənin kardial, subkardial və fundal şöbələrinin zədələnmələrində ağrı hissi qida qəbulundan sonra keçir.
Gecikmiş ağrılar.
Bu ağrılar qida qəbulundan sonra 1,5 – 2 saat sonra keçdikdə əmələ gəlir. Möhtəviyyat mədədən evakuasiya etdikcə tədricən güclənir. Bunlar mədənin pilorik şöbəsinin və onikibarmaq soğanağının xorası üçün xarakterikdir.
Ac (gecə) ağrılar.
Bu ağrılar yeməkdən 2,5 – 3 saat sonra əmələ gəlir və növbəti qida qəbulundan sonra yox olub itir. Bu ağrılar onikibarmaq xorası və mədənin pilorik hissəsinin xorası üçün xarakterikdir.
Erkən və gecikmiş ağrıların müştərək olması mədə və onikbarmaq bağırsağın müştərək və ya çoxsaylı xoralarında müşahidə edilir.
Ağrılar deşici, kəsici, burucu və ya küt ola bilir. Ağrıların dərəcəsi fəsadların olmasından asılıdır. Mədə və onikibarmağın xora xəstəliyində ağrıların lokalizasiyası, yara deffektinin yerləşməsindən asılıdır. Soğanaqdan kənar ağrılar zamanı onurğa və ya sağ kürəkaltı nahiyyədə ağrılar müşahidə edilə bilir. Bir çox xəstələrdə ağrılar müxtəlif nahiyyələrə irradiasiya edə bilir. Bu nahiyyələrə perikardial sahə, sol kürək, onurğanın döş qəfəsi, kürəkarası sahə və s. aiddir.
Orqanik.az