Mütəxəssis Omicron ştamının uşaqlar üçün təhlükəsini izah edib

“Omicron ştamı tənəffüs yollarının xüsusiyyətlərinə görə uşaqlar üçün daha təhlükəli ola bilər”.

Orqanik.az APA-ya istinadən bildirir ki, bu barədə İANS portalı Hindistanın Yeni Dehli Tibb İnstitutunun həkimi Animeş Aryaya istinadən xəbər dərc edib.

Hindistanlı mütəxəssisin sözlərinə görə, uşaqların böyüklərdən daha kiçik tənəffüs yolları var və bu yeni variant əsasən yoluxmuş xəstələrdə yuxarı tənəffüs yollarına təsir göstərir.

Həkim Omicronun simptomlarından da danışıb. Animeş Arya əlavə edib ki, bu ştamın simptomları arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq da müşahidə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.