Mürəbbələr rəngarəng görünüşüylə səhər yeməyi və çay süfrəsini ləzzətləndirir. Hətta qızardılmış isti çörəklərin qədim dostlarıdır. Tortlara, peçenyelərə ləzzət qatır. Südlü şirniyyatlara, cheesecake-lərə ləziz souslar olaraq da müşayiət edir. Hər mövsümün özünəxas meyvəsindən mütləq mürəbbələr hazırlanır. Bu mürəbbələrin, cemlərin uzun müddət təzə və dadlı qalması isə əhəmiyyətlidir. Evdar.az evdar qadınlar üçün mürəbbənin hazırlanma prosesində olan kiçik sirrləri təqdim edir.
Mürəbbə hazırladıqda məhsulundan şəkər tozu ölçüsünə qədər diqqət yetirilməsi lazım olan bir çox tövsiyyələr var. Misalçün, mürəbbənin konsistensiyasının çox bərk olmasının qarşısını almaq üçün ocaqdan qatılaşmamış götürmək lazımdır. Otaq istiliyində öz-özünə dincələn mürəbbə qatılaşaraq konsistensiyaya gələcək. Əks təqdirdə mürəbbə çox qatı ola bilər. Mürəbbənin uzun müddət xarab olmadan qalması üçün təzə, çürüksüz meyvələri seçib, qabları da mütləq steril hala gətirmək lazımdır. Bu ipucları arasında bir də kərəyağı ipucu var.
Mürəbbəni bişirdikdə rənginin çox daha aydın, meyvələrin də daha parlaq görünməsini istəyirik. Bunun yolu da kərəyağı istifadə etməkdir. İlk öncə bişən mürəbbənin üzərində yığılan köpükləri taxta qaşıq köməyiylə mütləq götürmək lazımdır. Bu köpükləri götürdükdən sonra içərisinə 1 çay qaşığı ya da çox miqdarda mürəbbə bişirirsinizsə 1 xörək qaşığı kərə yağı əlavə edə bilərsiniz. Kərə yağı meyvələri daha parlaq göstərsə də çox yapışqan bir mürəbbə etməyinizə maneə olacaq. Tam konsistensiyasında olmasına köməkçi olacaq.
Bundan əlavə içərisinə kərə yağı əlavə edilən mürəbbələr çox uzun müddət xarab olmadan qalır. İçərisindəki yağ meyvələri daha uzun müddət təzə, kiflənmədən saxlayır. Üstəlik ləzzəti və aroması da əfsanəvi olur. Hazırlayacağınız mürəbbələrdə kərə yağını mütləq sınayın. Nəticəyə heyran qalacaqsınız!