Mövsümi boğaz ağrılarının qarşısını necə alaq?

Boğaz ağrısı-udlaq və qırtlaq nahiyəsində ağrı hissinin yaranmasıdır. İnsan udqunduqda və danışdıqda ağrı daha da güclənir. Boğaz ağrısının səbəbləri müxtəlifdir: udlağın virus və bakteriya mənşəli xəstəlikləri, allergik reaksiyalar, şişlər, hipovitaminoz və s.

Boğaz ağrısının səbəbləri

Xarici faktorlar. Burun-udlaqda yanğı, qırtlaqda yanğı, göynəmə hissinin başlıca səbəbi uzun müddət quru havası olan otaqda dayanmaqdır. Bu zaman selikli qişalar quruyur, tüpürcək ifrazı azalır. Danışdıqda və ya sərt qida qəbul etdikdə ağrı artır.

Həmiçinin çirkli hava ilə nəfəs aldıqda (şaxta şəraitində, qum karxanalarında, iri şəhərlərdə) boğazda ağrı yaranır. Bu əlamət küçəyə çıxdıqda və ya işə gəldikdə baş verir. Ağrı quru öskürəklə müşahidə olunur.

Virus xəstəlikləri. Boğazda güclü ağrı udlaq və qırtlağın selikli qişasını zədələyən bir çox respirator xəstəliklər üçün xarakterikdir. Ağrıya səbəb patogenlərin epitel toxumasına birbaşa və sistemli təsiri, sinir uclarının zədələnməsidir.

Bakterial infeksiyalar. Boğaz ağrısı, udqunmanın ağrı olması anginanın (tonzillit) əlaməti kimi meydana çıxa bilər. Əvvəlcə udlaqda diskomfort və göynəmə yaranır. Bir neçə gündən sonra kəskin ağrı baş verir.  Ağrı qulaq, boyun nahiyəyə yayılır. Bəzən xəstələr özləri badamcıqların qızarması və böyüməsini, onların səthində nöqtəvi irinliklərin formalaşmasını görürlər. Simptomlar febril qızdırma, ümumi halsızlıq, artralgiya və mialgiya fonunda gedir.

Boğaz ağrısının müalicəsi

Boğaz ağrısını azaltmaq üçün bol maye qəbulu ( isti çay, bitki dəmləmələri) məsləhət görülür. Boğazdakı bakterial və virus mənşəli infeksiyalara qarşı həkimlər ilk növbədə ağız boşluğunu antiseptik təsirli preparatlarla qarqara etməyi məsləhət görürlər. (Gerasept qarqara) Bu tip qarqaralar virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır.

Eyni zamanda ağızda həll olan sorma tabletlərdən istifadə də müsbət nəticə verir.

FonSEPT yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması) simptomatik müalicəsi və boğaz ağrıları zamanı istifadə olunan preparatdır. FonSEPT bitki tərkibli sorma tabletlərin 4 növü var:

FonSEPT portağal tamlı sorma tablet (biyan kökü, vitamin C və sink)

FonSEPT naringi tamlı sorma tablet (zəncəfil, zərdəçal və ardıc)

FonSEPT nanə tamlı sorma tablet (evkalipt, mentol və nanə)

FonSEPT limon tamlı sorma teblet (exinaseya, bal və propolis)

FonSEPT sorma tabletlərinin bütün növləri bitki tərkibli olduğu üçün istifadəsi tam təhlükəsizdir.

İstifadə qaydası: 1 tablet 2 saatdan bir təyin olunur. Tabletləri ağızda tədricən sormaq lazımdır.

Boğazda ağrı güclü olduqda, qızdırma və halsızlıqla müşayiət edildikdə həkimlə əlaqə saxlanılmalıdır.

FonSEPT portağal tamlı sorma tablet (biyan kökü, vitamin C və sink):
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23.12.2022 tarixində verilmiş AZ-20011703/ID-Q-220275 seriya nömrəli QİDA TƏHLÜKƏSİZLİK SERTİFİKATI.

FonSEPT naringi tamlı sorma tablet (zəncəfil, zərdəçal və ardıc):
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23.12.2022 tarixində verilmiş
AZ-20011703/ID-Q-220277 seriya nömrəli QİDA TƏHLÜKƏSİZLİK SERTİFİKATI.

FonSEPT nanə tamlı sorma tablet (evkalipt, mentol və nanə):
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23.12.2022 tarixində verilmiş AZ-20011703/ID-Q-220274 seriya nömrəli QİDA TƏHLÜKƏSİZLİK SERTİFİKATI.

FonSEPT limon tamlı sorma teblet (exinaseya, bal və propolis):
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23.12.2022 tarixində verilmiş AZ-AZ-20011703/ID-Q-220280 seriya nömrəli QİDA TƏHLÜKƏSİZLİK SERTİFİKATI.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.