Your Cart

Mixəyin təzə olduğunu necə təyin edək?

Mixək insan sağlamlığı üçün olduqca faydalıdır. Bu ədviyyat mikrob, virus, göbələk və qurdları öldürür, iltihabları və ağrıları azaldır, sakitləşdirir, güc və gümrahlıq verir, həzmi yaxşılaşdırır…

Gördüyünüz kimi, faydaları saymaqla bitmir.

Lakin bütün bunlar yalnız təzə mixəyə aiddir. Köhnə mixəyin tərkibində faydalı maddələr azalır.

Orqanik.az bildirir ki, təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa