Miqren nədir? Əlamətləri nələrdir?

Miqren nədir?

Miqren nədir?

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. Cəmiyyətdə nə qədər insan baş ağrısından şikayət edir? Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərdən biridir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Bütün baş ağrısının yüzdə 90-ı miqren və gərginlik baş ağrısıdır.

Hansı növ baş ağrıları var?

Beynəlxalq Baş Ağrısı Dərnəyi baş ağrılarını 14 əsas qrupa və yüzlərlə alt qrupa ayırıb. Birbaşa baş ağrısı ilə ortaya çıxan və başqa bir xəstəliklə əlaqəli olmayan baş ağrıları birincil baş ağrısıdır. Bunlar miqren, gərginlik tipi və çoxluq baş ağrısıdır.

İkincili baş ağrıları yüzdə 10 nisbətində görülən və müəyyən bir xəstəlikdən asılı olaraq beyin damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, beyin şişləri, göz xəstəlikləri, sinüzit, menengit kimi xəstəliklər zamanı ortaya çıxan baş ağrısıdır.

Miqrenin əlamətləri hansılardır?

  • Ümumiyyətlə ağrı başın bir tərəfində olur
  • Ağrı çırpınır, orta və ya şiddətlidir
  • Ürək bulanması, qusma baş verir
  • Böhranlarda (hücumlarda) gəlir
  • Ağrı 4 ilə 72 saat davam edir
  • Görmə pozğunluqları ağrının başlanğıcında baş verir (aura tipli)
  • Ağrı baş hərəkətləri və fiziki fəaliyyət ilə artır
  • İşıq və səs narahat edir miqren problemi olan şəxsləri.

Miqren xəstəliyi neçə növə bölünür?

Ümumiyyətlə bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.

Miqren aurası nədir?

Aura simptomlara yaxın miqrendə rast gəlinən simptomlardır. Bu simptomların əksəriyyəti görmə ilə əlaqədardır. Xəstə bir ərazidə və ya bölgədə parlaq işıqlar, ziqzaq xətləri və ya bulanıq görmə, görmə itkisi kimi narahatlıqlar  gördüyünü bildirir. Bundan əlavə, qol və ayaqlarda uyuşma, başgicəllənmə, nitq pozğunluqları da Miqren aurasında görülür. Bu hal 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.

Bəs miqren hansı səbəblərdən yaranır?

Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.

Onu qeyd etmək lazımdır ki, ətraf mühit faktorları genetik meylli şəxslərdə beyində aktivasiya yaradır. Bu aktivasiya beyin damarlarında genişlənməyə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar əsəbləri hərəkətə gətirir və ağrıya səbəb olur.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, ətraf mühitlə yanaşı Miqrenin əsas yaranma səbəblərin başında genetik faktorlar dayanır. Əgər bir ailədə fərdlərin birində miqren varsa, sizdə bu xəstəliyin görülmə riski 40 faizdir. Ancaq anası və atası miqren olan bir insanda isə bu xəstəliyin görülmə nisbəti 75 faizə qədər qalxır. Belə ağırların digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb daha çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Bu zaman təktərəfli şəkildə güclü ağrılar baş verir. İrsiyyət miqrenə təsir edirmi? Yuxarıda da qeyd etdiyimiz kimi, yaxın qohumlarında yuxarıda göstərilən əlamətləri olan şəxslərin özlərinin də miqren olma ehtimalı yüksəkdir.

Miqren uşaqlıqda da görülür?

Bütün miqrenlərin əksəriyyətində xəstəlik uşaqlıqdan başlayır. Uşaqlıqda miqren nisbəti 100/ 3 – 5 arasındadır. Bu rəqəm yetkinlik yaşından sonra 100/10-dan yuxarı qalxır. Yuxu pozğunluğu, yuxu çətinliyi, əsassız qusma, allergiya və hərəkət xəstəliyi olan uşaqlarda gələcəkdə xəstəliyin yaranma ehtimalı daha yüksəkdir.

Miqreni sürətləndirən amillər hansılardır?

  • Havanın çirkliliyi
  • Siqaret tüstüsü
  • Parlaq işıq və ya titrəyən işıq
  • Yüksək və davamlı səs
  • Ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr
  • Hava şəraitindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi)
  • Mövsümi dəyişikliklər (payız və baharın ən pis vaxtları)
  • Aclıq, yeməkdən imtina etmək
  • Çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar
  •  Hava səyahəti
  • Doğuşa nəzarət həbləri
  • Qadınlarda hormonal dəyişikliklər (aybaşı dövrü)
  • Bəzi qidalar və içkilər (şokolad, qoz-fındıq, qırmızı şərab və s.)
  • Bir çox qida miqreni sürətləndirən amillər arasında məsuliyyət daşıyır. Bununla birlikdə, miqren ağrısını artıran qida hər bir xəstə üçün fərqli ola bilər. Əhəmiyyətli olan insanın öz ağrısını sürətləndirən maddəni tapmasıdır.

Niyə miqrenə qadınlarda daha çox rast gəlinir?

Bu, qadınların hormonal tənzimlənməsi ilə əlaqədardır. Miqren hücumları menopoz keçirən  qadınlarda nadir hala gəlir. Hamiləlik dövründə miqren tutmaları 3 ilə 9 ay arasında azalır.

Gərginlik baş ağrısını miqrendən necə ayırd edə bilərik?

Gərginlikli baş ağrısı daha çox stresdən qaynaqlanır. Bu ağrılar bütün başı əhatə edir, daha çox başın yuxarı hissəsində təsirli olur. Ağrı başın arxasından ön tərəfə yayılır. Çox nadir hallarda bu ağrılar birtərəfli ola bilir. Ağrılar zamanı bulantı da ola bilər, ancaq qusma halına rast gəlinmir. Ağrılar bir həftə – 15 gün arasında keçir (yüngül) Ağrı böhran şəklində deyil Ağrı başlamazdan əvvəl görmə pozğunluğu yoxdur Hərəkət ağrını artırır Miqrendə müalicə necə olmalıdır? Müalicənin məqsədi tetikleyici faktorları azaltmaq, sinir sistemindəki həssaslığı və ağrı zamanı meydana gələn damar və damar ətrafındakı hadisələri yatırmaqdır. Əsas müalicə profilaktik və relaps müalicəsi olaraq ikiyə ayrılır. Xəstənin ağrısı ayda bir və ya iki dəfə görülürsə, müalicə yalnız hücum zamanı tövsiyə olunur.

Hücum (atak) ağrısı müalicəsi necə edilir?

Ağrı müalicəsində sadə ağrı kəsicilər, steroid olmayan antiinflamatuar dərmanlar, erqotamin dərmanları və triptanlardan istifadə olunur. Ağrıkəsicilər və erqotamin dərmanları tez-tez istifadə olunursa, bu özü də davamlı ağrılara səbəb olur və bəzən daha ciddi yan təsirlərə səbəb ola bilir. Hücum zamanı ürək bulanması və qusma üçün qusma əleyhinə dərmanlar verilir. Hücumun əvvəlində ağrıkəsicilər qəbul edilməlidir. Absorbsiyanı sürətləndirmək üçün ürək bulanmasına qarşı dərman ağrıkəsicidən əvvəl qəbul edilməlidir.

Profilaktik müalicə necə edilir?

Nevroloq Jalə Qarayeva bildiri ki, “Əgər bir ay ərzində xəstədə hücum(atak) sayı üç-dörddən çox olarsa, yalnız hücum zamanı deyil, həm də miqren hücumlarının qarşısını almaq üçün dərmandan istifadə etmək lazımdır. Əgər xəstədə ayda bir dəfə və ya 6 ayda bir miqren tutması baş verirsə bu zaman həkimin təyin etdiyi daha yüngül müalicə, bəzən isə dərman müalicəsi belə tətbiq edilmir. Profilaktik müalicədə miqrendən əziyyət çəkən şəxs hər gün dərmanlardan istifadə edir. Bu məqsədlə həkimin təyin etdiyi müalicəni etmək və onun təyin etdiyi dərmanlardan başqasını qəbul etmək məsləhət görülmür. Hər gün ağrıkəsici qəbul etmək isə həm əlverişsiz həm də sağlamlığımıza ziyandır”.

Botoks müalicəsi miqrendə faydalıdır?

Son illərdə baş ağrısının müalicəsində istifadə edilən bu dərman, tez-tez və xroniki ağrı üçün bir müalicə alternatividir, lakin praktikada çox bahalı olduğu üçün tətbiq olunan prioritet bir müalicə deyil.

Daimi baş ağrısına səbəb olan nədir?

Davamlı baş ağrısında əvvəlcə bu ağrıya səbəb olanacaq ikincil bir səbəbin olub-olmaması araşdırılmalıdır. Periodik ağrılı xəstələrdə ağrı davam edərsə, xəstənin bir çox ağrı dərmanı istifadə etməsi və ya bunun altında yatan psixoloji səbəblərin olması ehtimalı nəzərə alınmalıdır.

Ağrı kəsiciləri davamlı istifadə edildikdə asılılıq yaradırmı?

Morfin olmayan ağrıkəsicilər davamlı istifadə edildikdə əsasən asılılıq yaratmır, lakin xəstələr bu şəkildə hiss edə bilərlər, çünki narkotikdən sui-istifadə baş ağrısı deyilən yeni bir ağrı növü əlavə olunur. Bu vəziyyətdə xəstə mütləq bir həkimə müraciət etməli və ağrıkəsicilər xaricində bir müalicə üçün kömək almalıdır.

Yaşlı şəxslərdə baş ağrısının səbəbləri nədir?

Yaşlı insanlarda başlayan baş ağrılarının bir səbəbinin olub-olmadığı mütləq araşdırılmalıdır. Onu demək olar ki, Miqren yaşla birlikdə azalan bir xəstəlikdir. Yaşlı insanlarda bu xəstəlik  2% nisbətində başlaya bilər. Yaşlı insnalarda başlayan və baş ağrısına səbəb olan iki xəstəlik temporal arterit (spesifik bir damar iltihabı səbəbindən baş ağrısı) və hipnik (gecələr gələn) baş ağrısıdır. Buna görə də əgər 50 yaşdan yuxarı bir xəstədə yeni baş ağrıları varsa, həkimə müraciət edilməlidir.

Baş ağrısı xəstəsi nə vaxt həkimə müraciət etməlidir?

  • Ağrı davamlı və artan intensivdirsə
  • Ağrı ilə ilk dəfə qarşılaşan insanın yaşı 10-dan az və ya 50-dən yuxarıdırsa,
  • Əvvəllər mövcud olan ağrının şiddəti və forması dəyişibsə, müalicəyə cavab vermirsə,
  • Baş ağrısı həyatında qarşılaşdığı ən şiddətli ağrıdırsa və ağrı fiziki bir hərəkət zamanı (ağır bir yük qaldırmaq, cinsi əlaqə) ortaya çıxsa və intensivliyini artırarsa mütləq həkimə müraciət etməlisiniz.

Gündəlik həyatınızda bunlara diqqət etməlisiniz:

  • Mütəmadi idman etmək;
  • Stresdən maksimum dərəcədə uzaq durmaq;
  • Spirtli içkilərdən imtina etmək;
  • Az və ya çox yatmamaq;
  • Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
  • Uyğun çəkidə qalmaq;
  • Müalicə zamanı dərmanlar mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.

Bulantınız varsa, bulantı və miqren üçün dərmanları eyni anda istifadə etməyiniz mümkündür. Ancaq digər şəxslərin tövsiyəsi ilə dərmandan istifadə yolverilməzdir. Dərmanlar nə qədər tez qəbul edilərsə, bir o qədər faydalı olar. Dərmanlar ağrıları hiss etdiyiniz anda içilməlidir. Əgər miqren dərmanları effekt vermirsə, krizlər artırsa, bu zaman qoruyucu müalicə üsulunu sınamalısınız. Bunlar ağrıkəsici dərmanlardan fərqlidirlər.

Miqrenin müalicəsi hər xəstəyə fərdi şəkildə aparılmaqdadır.

Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Bununla yanaşı, miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53%-i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyildir.

Pasiyentləri maraqlandıran bir neçə ümumi sualları nəzərdən keçirək.

1) Pasiyentlər hansı idman hərəkətlərini yerinə yetirməlidirlər?

Aparılan araşdırmalara görə, miqrenə bəzi yüngül hərəkətlər müsbət təsir göstərə bilər. Yüngül hərəkətlər miqren krizlərinin müddətini və şiddətini azalda bilər və miqrenin qoruyucu müalicəsində faydalı ola bilər. Yoqa, üzgüçülük, rəqs, gəzinti bu hərəkətlərdən sayılır.

2) Bu xəstəlik depressiyaya səbəb ola bilərmi?

Xronik miqren ağrıları olan insanlarda depressiya hallarına rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay  ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar da demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır.

3) Hansı qidalar miqren krizlərinə səbəb olur?

Yuxarıda qeyd etdiyimiz kimi pendir, spirtli içkilər, şokolad və s. qidalar ağrıları şiddətləndirir. Rokfor, kifli, ağ pendir, mozzarella daha çox miqreni olan insanlara mənfi təsir göstərir. Qırmızı şərab, viski, sampan miqrenin “dostudur”. Tez təsir edə bilir. Çox soyuqda qalmaq da miqreni artıra bilən faktorlardandır.

Bununla yanaşı:
– Meyvə quruları
– Mayalı qidalar
– Banan, portağal, kivi , ananas və s. meyvələr
– Xurma, əncir, üzüm
– Ət bulyonları
– Dadlandırıcılar da miqren şiddətini artıran qidalardan hesab olunur.

4) Kofein miqrenə müsbət təsir göstərir?

Kofein miqrenə müsbət təsir göstərir. Miqren dərmanınıza kafein əlavə etsəniz bu, baş ağrılarına 40 faiz daha çox müsbət təsir göstərər. Ancaq kofein tərkibli qidaların da digər baş ağrısı dərmanları kimi çox istifadəsi rebound baş ağrısına səbəb ola bilər. Həmçinin, kofein tərkibli dərmanlar faydalı olsa da, kofeinli qidalar tövsiyə edilmir. Unutmaq olmaz ki, bütün dərmanlar həkim nəzarətində verilməlidir.

Miqren nədir?

Migren xəstənin gündəlik həyatına təsir edə bilən və gün ərzində həyata keçirilən fəaliyyətlərdə məhdudiyyətlər yarada bilən bir baş ağrısı növüdür.

Migrenə nə səbəb olur?

Şəxsin baş ağrısının sıxlığına, şiddətinə və yanaşı diğər tibbi vəziyyətə görə müalicə şəkli dəyişdirilə bilər.

Xroniki baş ağrısı olduğuna necə diaqnoz qoyulur?

Bu yazı Bloglar kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.