Meyvə və tərəvəzləri sirkəli suda saxlamayın – SƏBƏB…

Hər kəs tərəvəzləri daha sağlıqlı olması üçün marketdən aldıqdan sonra sirkəli suda isladaraq təmizləməyə üstünlük verir. Amma bu üsul orqanizmə zərər verə bilər. Mütəxəssislər sirkəli suda saxlanılan meyvə və tərəvəzlərlə bağlı xəbərdarlıq edir.

Orqanik.az lent.az-a istinadənn xəbər verir ki, mikrobları məhv etmək üçün tərəvəz və meyvələri sirkəli su ilə yumaq, əksinə, xeyirdən çox zərər verir. Çünki sirkəli su qidaları təmizləmir.

Belə ki, əkin zamanı meyvə və tərəvəzləri zərərvericilərdən qorumaq üçün onlara pestisid maddələri vururlar. Bu da sağlamlığınızı ciddi şəkildə təhdid edir.

Pestisidlərin qida ilə insan orqanizminə daxil olması qan dövranı sisteminin pisləşməsinə, qaraciyər və böyrəklərdə xoşagəlməz vəziyyətlərə səbəb ola bilər.

Bəzi araşdırmalar sirkəli suda saxlanılan tərəvəz və meyvələrin üzərindəki pestisidlərin çoxunun məhv olmadığını göstərir. Əksinə, suda saxlanılan bu məhsullarda pestisidlər daha çox aktivləşir və ziyanvericiliyi artır.

Tərəvəz və meyvələri zərərli kimyəvi maddələrdən təmizləmək üçün sirkəli su əvəzinə soda istifadə edə bilərsiniz. Hər litrə 2 çay qaşığı soda əlavə edin. Daha sonra meyvə və tərəvəzləri bu suda yarım saat saxlamaq kifayətdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.