Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı yoxdur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.