Meymunçiçəyinə qarşı “Imvanex” təsdiqləndi

Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı “Imvanex” peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.

Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.

Agentlik “İmvaneks”in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağını bildirib.

Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.

Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.