Meymunçiçəyi Rusiyaya keçib

“Bu gün biz çox ehtiyatlı olmalıyıq, meymunçiçəyinin yayılmasına effektiv reaksiya verməliyik. İstisna etmirəm ki, bu xəstəliyi artıq bizə keçiriblər”.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, bu sözləri professor, akademik Gennadiy Onişenko bildirib.

“Bizdə birinci nəsil çiçək vaksinləri kolleksiyası saxlanılıb. Yeni vaksin üzərində iş gedir. İkinci nəsil vaksin – tablet formasındadır, o da bizdə var. Amerikada meymunçiçəyinin müalicəsində effekt verən dərman qeydə alınıb.

İndi Almaniya yeni vaksin icad edir. ABŞ-ın 4-cü nəsil vaksin nümunələri də var. Bütün bunları işə salmaq, dövriyyəyə salmaq lazımdır.
Amerika tibb işçilərinin peyvəndlənməsini təklif edir.

Bəlkə də artıq Rusiya ərazisində yoluxan faktiki xəstə var. O xəstə heç yerə müraciət etməyə də bilər. Biz yoluxanları çox tez aşkarlamalıyıq. Panikaya gərək yoxdur, sadəcə ayıq olmalıyıq”, – deyə akademik deyib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.