“Fastfood”larda, hətta ev yeməklərində də mayonezdən istifadə edən insanların orqanizmi ciddi təhlük altındadır.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, mayonez nəinki artıq çəkiyə, həmçinin pankreatit, xolesistit kimi xəstəliklərə səbəb ola bilər.
Bu barədə qastroenteroloq Nuriya Dianova bildirib:
“Bol mayonezli yeməklər qida borusunun və mədənin klapanlarının boşalmasına, çox açılmasına səbəb olur. Bu zaman reflüks, qıcqırma artır. Mayonezin təsir etdiyi əsas üçlük: mədə, mədəaltı vəz və öddür.
Mayonez çox kalorilidir. 100 qramda 60% yağ var.
Gənclərin mayonezə öyrəşməsi onların mədəaltı vəzisini çox tez sıradan çıxaracaq.
5 yaşa qədər uşaqlara isə mayonez vermək olmaz”.
Orqanik.az