Maraqlı anatomiya

1. Kişilərdə əsas hormon olan testosteronun maksimal səviyyəsi səhər saat 07.00-09.00 radələrində, minimal səviyyəsi isə saat 24.00-03.00 radələrində olur.

2. İnsan orqanizmi hər gün 1,7 l ağız suyu ifraz edir.

3. Spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid ola bilər.

4. Spermatozoidin ölçüsü – 0,06 mm-dir. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyuk olur.

5. Ürəyin çəkisi 300 qramdan bir qədər artıq, ölçüsü isə yumruqdan bir az böyük – olur. Qadınlarda ürəyin çəkisi kişilərə nisbətən az olur.

6. 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.

7. İnsanın skeleti təxminən 206 sümükdən ibarətdir.

8. Dalağın uzunluğu normada 13 sm, çəkisi isə – 200 qr olur. Müxtəlif xəstəliklərə görə  böyümüş dalağın çəkisi hətta 2 kq çata bilər. Dalağın əsas vəzifəsi qanı təmizləməkdən ibarətdir.

9. Ətraf mühitdən aldığımız məlumatların 90 %-ni biz göz vasitəsilə alırıq.

10. Dad və iybilmə qabiliyyətləri bir biri ilə çox əlaqəlidir. Məhz bu səbəbdən burnumuz tutulduqda biz tək yeməklərin iyini yox, həmçinin dadını da hiss etmirik.

11. İnsanın appendiksi (kor baqırsağın soxulcanabənzər çıxıntısı) immun sisteminə aiddir.

12. İnsan beyninin orta çəkisi – 1400-1500 qr. Əvvəllər belə hesab edirdilər ki, beyinin çəkisi nə qədər çoxdursa, insan da bir o qədər zəkalı, istedadlı, qabiliyyətlidir. Lakin araşdırmaların nəticəsində məlum oldu ki, bəzi tanınmış alimlərin, yazıçıların və s. talantlı insanların beyinin çəkisi heç da çox olmayıb. Əksinə onların bəzilərinin beyinin çəkisi heç orta normaya da çatmırdı.

13. Deyirlər ki, insanın beyninin hüceyrələri başqa hüceyrələrdən fərqli olaraq bərpa olunmur. Bu səhfdir. İnsan orqanizminin bütün başqa hüceyrələri kimi beyinin hüceyrələri də bərpa olurlar.

14. İnsanın beyini mədədən fərqli olaraq qida “tələb etmir”. Lakin insan beyninin yaxşı işləməsi onun qidalanmasından çox asılıdır. Bu səbəbdən insanın qidası da çeşidli, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Bu xüsusilə yaşlı insanlar üçün çox vacibdir.

15. Kiçik ölçülərinə baxmayaraq beyin əsl “qarınqulu”dur. Fəal şəkildə işləyən beyin insanın orqanizminə daxil olan qıdalı maddələrin təqribən 25%-ni “yeyir”. Məhz buna görə əqli fəaliyyətlə məşğul olduqdan bir qədər sonra insan güclü aclıq hiss edə bilər.

16. İnsan beyninin normal işləməsi üçün kifayyət qədər qlükoza lazımdır. Orqanizmdə qlükozanın miqdarı kəskin azaldıqda insan hətta komaya düşə bilər.

17. İnsan orqanizminin ən xırda sümükləri qulaqda yerləşir. Onların çəkisi – 0,05 qr.

18. İnsanın boyatma prosesi təxminən 24 yaşında qurtarır. Axşam saatlarında insanın boyu 1-2 sm azalır, səhər isə öz normasına qayıdır.

19. Onurğa beyninin uzunluğu təxminən 40-42 sm təşkil edir.

20. İnsan orqanizmində 600 əzələlə var.

21. İnsan sümüyünün 50%-ini su təşkil edir.

22. Sinir impulsunun sürəti 1 saniyədə 120 m-dir.

23. Eritrositlər – 120 gün, trombositlər – 10-14 gün, limfositlər – 2 gün, leykositlər – 8-10 saat yaşayırlar.

24. İnsan mədəsinin həcmi təxminən 1,5-2 l təşkil edir. Gun ərzində mədədə təxminən 1,5 l mədə sirəsi hazırlanır.

25. Qida borusunun uzunluğu – təxminən 25 sm, diametri – 2,5 sm təşkil edir.

26. 1 gün ərzində 1 ml göz yaşı ifraz olunur. Ağlayan zaman 10 ml qədər göz yaşı (2 çay qaşığı) ifraz olunur.

27. Nazik bağırsaqın uzunluğu –  6-6,5 m, yoğun bağırsağın – 1,5-1,8 m təşkil edir.

28. Qadının həyatı boyu yumurtalıqlarında təxminən 400 follikul (1 il ərzində 13 follikul) yetişir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.