Maksimum neçə kartof yeyilməlidir? – Bu növü ziyanlıdır

Diyetoloqlar pəhriz zamanı istifadə olunan kartofun miqdarına diqqət etməyi tövsiyə edir. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, çox kartof yemək sağlıq problemlərinə səbəb ola bilər. 

Xüsusilə şəkərli diabet xəstələri kartof istehlak edilməsi zamanı ehtiyatlı olmalıdır. Çünki bu zaman həmin xəstələrin qanda şəkər səviyyəsinin artması halı baş verir. 

Mütəxəssislər kartofun orta dərəcədə yeyilməsini tövsiyə edir. Çünki bu yüksək kalorili qidadır və onun gündəlik istehlakı böyük miqdarda piylənməyə gətirib çıxarır.

“Hər gün çox miqdarda kartof yeyən insanlarda piylənmə baş verə bilər.  Bu xüsusilə qadınlar üçün daha təsirlidir. Maksimum kartof istehlakı 420 qram olmalıdır. Bu da təxminən 7 balaca kartofa bərabərdir. Ancaq istehlakın yarısını yeyib, pəhrizə ət, balıq, tərəvəz və s. kimi digər qidalarla əlavə etmək daha məsləhətlidir”, – deyə ekspert bildirib. 

Kartof populyar, sərfəli və dadlı tərəvəz olsa da, bütün növləri yemək təhlükəlidir. Yemək üçün yararsız olan kartoflardan biri yaşımtıl rəngli olanlardır. Bu onu deməyə əsas verir ki, kartof düzgün saxlanmayıb və tərkibində sağlamlıq üçün zəhərli maddə olan solanin var. Belə kartof çox miqdarda istehlak edilərsə, bu, mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.