Mahnı oxuyun ki, … sağlam olasınız

Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı təsir edir.

Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar. Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər. Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.

Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək,  ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.

Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.