Mətbəxdə bütün xanımlara lazım olacaq faydalı tövsiyyələrə göz gəzdirməyiniz məsləhətdir. Evdar.az mətbəxdə işinizi asanlaşdıracaq faydalı məsləhətləri təqdim edir.
- Yumurtanın qabığını rahat soymaq üçün yumurtada kiçik bir dəlik açıb qaynada bilərsiniz.
- Qaynayan qazanın daşmaması üçün qaşığı tərs bir şəkildə qazana oturdun.
- Çerri pomidorlarını iki qapağın arasına qoyub asan bir şəkildə kəsə bilərsiniz.
- Çörəyi kəsərkən tikələnməsin deyə tərs çevirib kəsə bilərsiniz.
- Balığın manqala yapışmaması və daha ləzzətli olması üçün ızgara manqalın üstünə limon düzə bilərsiniz.
- Bananı daha uzun müddət saxlamaq üçün budağından ayırıb ucunu streç salafana bükə bilərsiniz.
- Yumurtanın təzə olduğunu bilmək üşün suya atın, əgər dibə çökürsə təzə, suyun üstündə qalırsa köhnə olduğu deməkdir.
- Unun içinə dəfnə yarpağı qoyaraq böcəklənməsinin qarşısını ala bilərsiniz.
- Və son olaraq barmağınızın ucunu su ilə isladaraq yeməyin içinə düşmüş yumurta qabığını asanlıqla götürə bilərsiniz.