Mərakeşdə fövqəladə vəziyyətin müddəti uzadıldı

Mərakeş hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə 20 mart 2020-ci ildə tətbiq edilən fövqəladə vəziyyətin müddətini uzadıb.

Orqanik.az Trend-ə istinadən bildirir ki, fövqəladə vəziyyətin müddəti 2022-ci il sentyabrın 30-dək uzadılıb.

Bu qərar hökumətin iyulun 27-də pandemiyanın yayılmasının qarşısını almaq üçün keçirilən iclasda qəbul edilib.

Bildirilir ki, bu addım hökumət orqanlarının pandemiyanın yayılması ilə mübarizə üçün görülən tədbirlərin səmərəliliyini və nəticəliliyini təmin etmək məqsədi daşıyır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.