Mədə xorasını necə ayırd etmək olar? – Həkim izah edir

Onkoloq, tibb elmləri namizədi Rodion Siqal hansı patogenin mədə xərçəngi və xoralara səbəb olduğunu izah edib.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, o, həmçinin xoranı mədə-bağırsaq traktının digər xəstəliklərindən necə ayırd etməli olduğumuz barədə danışıb.

Həkimin sözlərinə görə, xərçəng və mədə xoralarının mərkəzində “Helicobacter pylori” adlı bakteriyanın yaratdığı iltihablı proses durur. Mədə xərçəngi kəskin çəki itkisi və anemiya ilə müşayiət olunur. Qarının yuxarı hissəsində yüngül narahatlıq, erkən doyma hissi və şişkinlik olarsa, qida qəbulunda çətinlik yarana bilər.

Xora zamanı isə qarında narahatlıq, yanma hissi ola bilər.

Həmçinin, bu zaman qanlı nəcis, şiddətli ürəkbulanma və qusma (bəzən qanla) müşayiət oluna bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.