Lipomatoz sindromu piy toxumasının ümumi piylənmə üçün xarakterik olmayan və çox vaxt düyünlü şəkildə olması ilə səciyyələnir. Lipomatoz yumuşaq toxumanın şiş xəstəliklərindən hesab edilir. Əsasən adi gözlə görülə bilən piy toxumalarına diaqnozun qoyulması çətinlik törətmir. Bu zaman kapsullaşmamış piy kütlələri daha çox boyun nahiyyəsində yerləşərək aydın nəzərə çarpır.
Kapsullaşmış lipomatozlar olduqda isə dərialtı piy qatının müxtəlif zonalarında patoloji piylənməyə rast gəlinir. Bu zaman əmələ gəlmiş piy toxumaları simmetrik və asimmetrik olaraq yerləşə bilir.
Bəzən astenik pozulmalarla birgə baş verən çoxsaylı lipomalara da rast gılinir ki, bu zaman piy patoloji toxuması ağrılı olur. Bu ən çox Derkum xəstəliyi zamanı baş verir.
Bəzi hallarda lipomalar inkişaf edərək bədxassəli şişlərə çevrilə bilirlər.
Lipomatozun müalicəsi onun əlamətlərinə əsasən aparılır. Əksər hallarda liposarkomaya çevriləcəyindən qorxaraq cərrahi müdaxilə aparılır ki, bu zaman piy düyünləri xaric edilir.
Orqanik.az