Limfa düyünlərinin böyüməsinin səbəbləri və TƏBİİ ÇARƏLƏR

Oxucularına tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edirik.

Limfa vəziləri, əsasən oynaq nahiyyələrində yerləşən və belə deyək hər oynağın başlanğıc və son nöqtələrində bir qapı rolunu oynayaraq bədənimizi müxtəlif viruslardan, mikroblardan, şiş hüceyrələrindən və sairələrdən qoruyur.

Əgər limfa vəzisi şişibsə deməli, həmin vəziyə yaxın yerlərdə bir problem (yəni iltihablanma) var, limfa vəziləri boş-boşuna şişməzlər. Normalda limfa vəziləri 1-1,5 sm aralıqdan artıq şişibsə, bu vəzin şişməsi artıq baş vermişdir. Çox hallarda adi soyuqlama nəticəsində vəzilərdə şişmələr olur, sonra yenə əvvəlki vəziyyətə qayıdırlar. Məsələn boğazgəlmələrdə çənəaltı limfa vəziləri şişir, ağciyər xəstəliklərində qoltuqaltı vəzilər şişə bilir və s.

Amma bəzi vaxtlar limfa vəziləri daha böyük ölçülərdə, məsələn 5-6 sm və daha çox şişə bilir. Bu zaman əl ilə basdıqda ağrı olmur, belə şişlər daha çox xərçəng şişlərinə aid etmək olur ki, belə hallarda təcili diaqnozu dəqiqləşdirmək lazımdır.

Çox hallarda limfa vəzilərinin şişmiş yerinə görə müalicə etmək olur, məsələn çənəaltı nahiyyədə vəz şişibsə bu ağız boşluğundan və boğazgəlmələrdən ola bilir. Onda ağız boşluğu və boğaz iç tərəfdən gündə 3 dəfə 30 qram propolis, 200 qram bal və 2 xörək qaşığı ud hindi qarışımlı məcunla gündə 3 dəfə silinməlidir. Ağızda və boğazda iltihablanma keçən kimi limfa vəziləri də kiçiləcəkdir. Qoltuqaltı vəzilər şişibsə ağciyərləri yoxlatdırın.  ( Qadınlarda süd vəzilərində kista vəya şiş xəstəliklərindən hər hansı biri olarsa ondada qoltuqaltı vəzilərin şişməsi olur.) Bu bronxit, pnevmoniya, vərəm, sarkaidoz və s. başqa xəstəliklər nəticəsində şişə bilər ki, saydığım hər bir xəstəliyin ayrı-ayrılıqda müalicələri olunmalıdır.

Bəzi adamlarda limfa vəziləri daha tez-tez şişir ki, deməli, belə insanların immun sistemləri zəifdir, immuniteti yüksəltmək lazımdır.

İmmunitet üçün qarışımın resepti:

Zəncəfil – 40 qram

Qarazirə  – 40 qram

Ud hindi – 40 qram

Güldəfnə (hilba) – 40 qram

Jenşen – 40 qram

Propolis – 50 qram

Bal – 1 kq

Deməli bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdüb toz formasına salınmalı, propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb sonra sürtkəçdən keçirib hamısını bir birinə qarışdırıb gündə 3 dəfə yeməkdən 30 dəq  əvvəl 1 çay qaşığı yemək lazımdır.

Bəzən limfa damarlarında durğunluqlar əmələ gəldikdə o zaman damarlarda da şişmələr, qalınlaşmalar əmələ gəlir (məsələn, kürəkdə qulunc olması). Belə hallarda limfa damarlarını güclü təzyiqlə masaj etmək olmaz. Yaxşı olar ki, 1-2 çay qaşığı pul bibəri 100 qram zeytun yağına qarışdırıb yavaş-yavaş masajla başlayıb, sonra dərin masaj olunsun. Əl altında dərinin tam boşalması və qızarması hiss olunmalıdır, bu zaman damarlardakı durğunluq keçir və damarlar işləməyə başlayır.

Bəzi hallarda limfa damarlarının daxilində qapaqların iltihablaşması nəticəsində limfa damarları həddindən artıq şişir. Bəzən insanın ayağı o qədər şişir ki, ayağın ölçüləri qarın ölçülərindən çox olur, buna fil xəstəliyi deyilir.Fil xəstəliyinin müalicəsi olmasa da gündə 1 çay qaşığı ud hindi tozunu, 1 stəkan qaynar suya qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək lazımdır. Və ya gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir.  Ayaqları isə qarazirə yağı ilə gündə 1 dəfə aşağıdan yuxarıya doğru sığallayaraq masaj etmək lazımdır.  Bunu ən azından 3 ay etmək lazımdır. Belə xəstələr üçün limfastaz aparatı da vardır (fizioterapiya kabinetlərində olur).

Ümumiyyətlə, vücudumuzda, böyük qan dövranında, qaraciyərdə, böyrəklərdə problem varsa mütləq bunlar özünü limfa vəzilərində və limfa damarlarında biruzə verəcəkdir. Ona görə də hər 3 aydan bir hicama etdirməklə həm böyük qan dövranı pozğunluqlarını, həm də limfa vəzilərinin şişməsinin qarşısını alır. Çünki hicama vaxtı iltihablanmış qanın götürülməsi və vəzilərin həm damarların, həm də bu iltihabı bədəndən təmizləyən qaraciyərin və böyrəklərin işini rahatlaşdırır.

Əgər gündə ən azından səhər acqarına 1 orta xörək  qaşığı qarazirə yağı içsəniz, bu immuniteti artırmaqla yanaşı bədənin allergenlərə dirənişini də artırar. Sarımsaq limfa vəzilərinin böyüməsi zaman faydalıdır. Zəncəfil, ud hindi, qarazirə, boymadərən, gülümbahar, andız, jenşen, çobanyastığı, biyankökü kimi bitkilər həm immun sistemini gücləndirir, həm də istifadə zamanı limfa vəzilərinin böyüməsinin qarşısını alır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.