Bu piroq çox dadlı və zərif alınır.
Lazım olan məhsullar:
Un – 2,5 stəkan
Kərə yağı – 200 qr
Şəkər tozu – 1,5 stəkan
Qabartma tozu – 1 çay qaşığı
Kəsmik – 500 qr
Yumurta – 2 dənə (orta ölçüdə)
Vanilin – 1 çay qaşığı
Duz – 1 çimdik
Hazırlanması
1. Yağı kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə edin və yenə yaxşı qarışdırın.
2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur).
3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın.
4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin.
5. Formanın dibinə xəmirin yarısını tökün.
6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın.
7. Üzərinə qalan xəmiri tökün.
8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.
9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!
Orqanik.az