Kəskin pnevmoniya

Pnevmoniya ağciyərlərin eksudasiyası, infiltitasiyası, lokal əlamətlərlə və respirator şöbənin zədələnməsi ilə baş verən xəstəliyidir. Xəstəlik ağciyərin geniş yayılmış xəstəliklərindən olub, 1000 nəfərdən 10-15 – ində rast gəlinir. Xəstəxanadan kənar keçirilmiş pnevmoniya xəstəliyindən ölüm 5%, nozokomial pnevmoniyalarda 20%, ahılların pnevmoniyasında isə 30% təşkil edir.
Pnevmoniya klinikasına görə 3 cür olur:
– ocaqlı
– krupoz
– intersistal.
Ocaqlı pnevmoniyada iltihab prosesi ağciyər toxumasının ayrı-ayrı hissələrini və onlara açılan bronxları əhatə edir.
Krupoz pnevmoniya ağciyərin bir payının və plevranın yanaşı sahəsinin prosesə qoşulması ilə baş verir.
İntersistal pnevmoniya ağciyərin aralıq birləşdirici toxumasının zədələnməsi ilə müşahidə olunur.
Pnevmoniya ağciyərlərin respiratir şöbəsinin iltihabıdır. İltihab ağciyərin bir və ya hər iki payını əhatə edə bilər. Xəstəliyin aşağıdakı ağırlaşmaları verir:
– plevrit
– perikardit
– infeksion toksiki şok
– tənəfüs çatışmazlığı.
Xəstəliyi pnevmokokklar və stafilokokklar törədir. Pnevmoniya zamanı xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
– iştahın itməsi
– titrətmə
– təngnəfəslik
– zəiflik
– döş qəfəsində ağrı
– əzabverici öskürək
– tempratur.
Xəstəliyin ilkin dövrlərində öskürək quru olur, sonra yumşalır. Daha sonra xəstələrdə qatı irinli bəlğm əmələ gəlir.
Xəstəliyə diaqnozun qoyulmasında perkusiyanın, auskultasiyanın və rentgenoloji müayinələrin, qanın və sidiyin laborator analizlərinin nəticələri əsas götürülür. Bəlğəmin müayinəsinə əsasən xəstəyə antibiotiklər təyin edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.