Kürəkdə ağrı mədədə xoradan ola bilər

Qastroenteroloji patologiyalar çox vaxt elə ağrı verir ki, xəstə onu səhv salır və başqa səbəbdən bilib başqa həkimlərə gedir.

Orqanik.az Orqanik.az-a istinadla xəbər verir ki, İsrail klinikasının həkimi Andret Yakuşev həzm orqanlarının yayındırıcı əlamətlərini sadalayıb.

“Məsələn, qaraciyər həzmdə iştirak edir. Dəridə allergiyaya bənzər diffuz qaşınma qaraciyər patologiyasından ola bilər. Bu xəstəlik adətən 50 yaşdan yuxarı qadınlarda rast gəlinir.

Eləcə də bədəndə gözlənilməz göyərmələr, qançırlar, heç də həmişə damarlardan olmur. Bəzən bu qaraciyərin problemidir, çünki bu orqan laxtalanma faktorunu sintez edir.

Qaraciyər zədələnəndə laxtalanma pozulur, dəridə göyərmələr əmələ gəlir.

Həzm orqanları xəstəliklərinin digər simptomu kürəkdə ağrılardır, hər kəs qarın hissədə ağrı gözləyərkən ağrı kürəkdə, beldə olur. Xəstə nevroloqa gedir, o da onurğanı, beli yoxlayır, dərmanlar yazır.

Əgər bu da kömək etmirsə, deməli səbəbkar mədə və 12 barmaq bağırsağın yara xorasıdır.

12 barmaq bağırsaq ağrını kürəyə verir. Bəzi diabetli xəstələr ağrını qarında hiss etmir, yeganə simptom kürəyə verən ağrıdır.

Bu halda mütləq mədə bağırsaq yoxlanmalıdır. Təkcə nevroloqla kifayətlənməyin”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.