Koviddə ilk 30 gün tromb riski daşıyır – İnsult, infarkt riski

Kovidə yoluxduqdan sonrakı ilk 1 ay tromb əmələ gəlməsinə görə çox risklidir. Bu xüsusilə orta və yaşlı insanlarda, şəkər xəstələrində ciddi təhlükə yaradır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, yeni elmi tədqiqatda əksər ürək-damar hadisələrinin koviddən sonrakı ilk aylarda baş verdiyini sübut edib.

Tədqiqatçılar 2020-2021-ci illəri əhatə edən 10 minə yaxın tibbi kartı incələyib.

Virus qana daxil olan oksigenin həcmini azaldır, bu da qanı qatılaşdırıb, tromb əmələ gətirir

Kovid iltihab əmələ gətirdiyi və maye ağciyər alveollarını doldurduğu üçün beyin və ürəyə az oksigen çatır.

Ürək güclənmiş rejimdə çalışır, bu isə şəkər və ürək xəstələri üçün təhlükəlidir.

Kovid miokardit və vaskulit əmələ gətirir.

Venoz tromboemboliya venalarda əmələ gələn trombu göstərir.

O, aşağıdakı simptomlara səbəb olur.

– Ayaqda ağrı, hissiyyatsızlıq
– Hər iki ayağın şişməsi

– Toxunanda həmin hissədə istilik, qızartı

– Dəridə rəngsizləşmə və ya qırmızı xətlər
Əgər bu əlamətlər varsa, təcili həkimə getməlisiz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.