Körpə 1 yaşa qədər hansı müayinələrdən keçməlidir?

1 yaşa qədər vacib olan həkimlərin müayinələrdən keçmək gələcəkdə ciddi sağlamlıq problemlərin qarşısını almağa kömək edə bilər. Körpəlik dövründə aşkar edilən xəstəliklər uğurla müalicə edilə bilər.
Orqanik.az Orqanik.az-a istinadən doğulandan 1 yaşa qədər körpənin hansı aylarda hansı analizlərdən keçməli olduğunu təqdim edir.

2 həftəyə qədər yeni doğulmuş uşağın skrininqi – cərrah pediatr, göz həkimi, nevroloq

1 ayında. Həkimlər: pediatr (ümumi müayinədən əlavə, anadangəlmə metabolik və genetik xəstəliklərin skrininqi də aparılır); uşaq cərrahı; nevroloq; oftalmoloq. Müayinələr: qarın boşluğunun USM-si, beynin USM-si (neyrosonoqrafiya), Exo-KQ, audioskrininq.
2 ayında. Həkimlər: pediatr, nevroloq (1 ayda müayinədə olmadıqda). Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.

4 ayında. Həkimlər: pediatr, ortoped-travmatoloq.

6 ayında. Həkimlər: pediatr, uşaq cərrahı, nevroloq. Müayinələr: qanın ümumi analizi, dəmir qanda, sidiyin ümumi analizi, Exo-KQ.

9 ayında. Pediatr tərəfindən müayinə. Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.

1 yaşında. Həkimlər: pediatr, uşaq cərrahı, oftalmoloq, otorinolarinqoloq (ENT), stomatoloq. Müayinələr: qanın ümumi analizi, qanda qlükoza, sidiyin ümumi analizi, EKQ.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.