Koronavirusu yüngül, yoxsa orta keçirirsiz? – Necə bilməli?

Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.

Sonxeber.az xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.

Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.

Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:

Yüngül forma

– Hərarət 37,2- 38 arası dəyişir

– Saturasiya – yəni qanda oksigenin miqdarı – 97-98 faiz

– Tənəffüs tezliyi – yəni nəfəslma say dəqiqədə – 20-ə qədər

Orta forma

– Hərarət 38-dərəcədən yuxarı

– Hədsiz halsızlıq

– Saturasiya – 93-95

– Tənəffüs sayı – 22-dən yuxarı

– Təngnəfəslik

– Kt müayinədə ağciyərlərin zədələnməsi – 10-20 faiz

– Qanda C reaktiv zülal göstərici – 10 mq -dan yuxarı

Ağır forma

– Hərarət – 39-40

– Tənəffüs sayı – dəqiqədə 30-a çatır

– Saturasiya – 93 və daha aşağı

– Təzyiq 90/60-a düşür və ya çox qalxır

– Ağciyərlərin zədələnməsi – 30-40%

– Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.