Koronavirusdan sonra ağciyəri necə bərpa etmək olar? Pulmonoloqun tövsiyələri

Kovid keçirmiş insanların ağciyərində fibroz prosesi baş verir. Bu əsasən koronavirusu ağır keçirmiş və uzun müddət ərzində müalicə alan xəstələrə aiddir.

Ağciyərin fibrozu zamanı orqanın toxuması birləşdirici toxuma ilə əvəz olunur.

Təbii ki, birləşdirici toxuma ağciyərin toxumasının funksiyalarını yerinə yetirə bilmir və nəticədə insanda nəfəsalma çatışmazlığı inkişaf edir. İnsan hətta yüngül fiziki aktivlikdən sonra təngənəfəslikdən əziyyət çəkir. Ağır hallarda təngənəfəslik fiziki aktivlikdən sonra deyil, hətta insan sakit vəziyyətdə olanda da inkişaf edir.  

Rusiyalı həkim pulmonoloq, tibb elmləri doktoru Kirill Zıkov bildirib ki, pnevmoniyadan sağalan insanda 1 il ərzində ağciyərin vəziyyəti yaxşılaşa bilər. Məsəslə ondadır ki, ağciyərin bəzi yerləri fibroz toxuma kimi görünsə də əslində bu belə deyil bu mənada birinci il çox vacibdir.

Orqanik.az kp.ru-ya istinadla Kirill Zıkovun koviddən sonra ağciyərin vəziyyətini yaxşılaşdırmaq üçün verdiyi tövsiyyələri oxucularına təqdim edir:

1. Mümkün qədər qripp və soyuqdəymə xəstəliklərinə tutulmayın. Bu ağciyərdə fibrozu daha da artıra bilər.

2. Qripp və pnevmokokk infeksiyasına qarşı peyvənd vurdurun.

3. Siqaret çəkməyin. Bu həmçinin veyp, elektron siqaret, qəlyana aiddir.

4. Həkimlə məsləhətləşdikdən sonra aerobika ilə məşğul olun. Bu ağciyərin funksiyalarını yaxşılaşdırır. Aerobika ilə mümkün qədər açıq havada məşğul olun. Bunu həftədə ən azı 3 dəfə 30 dəqiqə ərzində etmək lazımdır.

5. Xüsusi nəfəsalma texnikaları da kömək edir (dərin nəfəsalma, şar üfürmək və s.). Lakin bəzi hallarda onlar ziyan vura bilər. Bu texnikaları tətbiq etdikdən əvvəl həkimlə məsləhətləşin.

6. Qidalanmada çoxlu meyvə-tərəvəz olmalıdır, zülalların kifayət miqdarda qəbulu da çox vacibdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.