Koronavirusdan sağalanlar ürək problemləri ilə üzləşirlər

ABŞ-da aparılan yeni araşdırmaya görə, insanlar COVID-19-dan sağaldıqdan uzun müddət sonra yeni ürək problemləri ilə üzləşirlər.

Orqanik.az publika.az-a istinadən xəbər verir ki, ABŞ Veteranların İşləri Departamentinin tədqiqatçıları peyvəndlər hazırlanmamışdan əvvəl koronavirusa yoluxmuş 153 760, virusa yoluxmayan 5,6 milyon və məlumatları daha əvvəl toplanmış 5,9 milyon insan arasında ürək-damar problemlərinin nisbətini müqayisə ediblər. 

Əldə edilən məlumatlarda COVID-19 infeksiyasının kəskin mərhələsindən sağaldıqdan orta hesabla 1 il sonra infarkt keçirmə riskinin 63%, ürək ritminin pozulması riskinin isə 69% daha yüksək olduğu bildirilib.  İnsult riski 52%, ürək çatışmazlığı riski isə 72 faizdir. 

“Nature Medicine”də dərc edilən məqalədə ağciyərlərdə potensial ölümcül qan laxtalanma riskinin digər 2 qrupa nisbətən təxminən 3 dəfə yüksək olduğu vurğulanıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.