Koronavirusa yoluxma 10 faiz azalıb

Son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə koronavirusdan ölüb.

Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 10 faiz, ölüm hallarının sayı isə 1 faiz azalıb.

Qeyd edək ki, oktyabrın 12-si üçün koronavirusa yoluxanların sayı 619 770 633 nəfərə, ölənlərin sayı isə 6 539 058 nəfərə çatıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.