Koronavirusa yoluxanların yaddaşı niyə pozulur?

COVID-19-dan sonra yaddaş itkisinin səbəbi müəyyən edildi.

Orqanik.az xəbər verir ki, Rio-de-Janeyro Federal Universitetinin (UFRJ) mütəxəssisləri COVID-19-dan sonra yaddaş itkisinin səbəbini müəyyən ediblər. Araşdırmanın nəticələri “Cell Reports” jurnalında dərc olunub.

Məlumdur ki, koronavirus infeksiyasına yoluxmuş bir çox insanlarda post-covid sindromu inkişaf edir, bu sindromda digər təzahürlərlə yanaşı, idrak qabiliyyətinin və yaddaşın pozulması da fərqlənir.

Artıq bu simptomun arxasında duran mexanizmləri öyrənmək mümkündür. Belə ki, koronavirusun ana hüceyrəyə daxil olmasına imkan verən zəhərli SARS-CoV-2 sünbül zülalı laboratoriya siçanlarının beyninə yeridilib. Nəticədə siçanlarda yaddaşla bağlı problemlər yaranıb.

Üstəlik, bu proses təkcə siçanlarda deyil, insanlarda da müşahidə olunub.

Müəlliflər sünbül zülalının COVID-19-dan sonra koqnitiv dəyişikliklərin inkişafında əsas rol oynadığını vurğulayırlar.

Qeyd edək ki, 2023-cü ilin mart ayında ABŞ-ın Dartmut Kollecinin əməkdaşları COVID-19-un üz tanıma və naviqasiya ilə bağlı çətinliklərə səbəb ola biləcəyini aşkar ediblər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.