Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı

Qadınlar təbiətən ağrı və xəstəliklərlə mübarizədə daha dözümlü və səbirlidirlər, onlar daha tez sağalırlar.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov kişilərin qızdırmaya niyə qadınlardan daha davamsız olduğunu izah edərkən bildirib.

Həkimin sözlərinə görə, kişilərə hətta soyuqdəymələrə dözmək daha çətindir. O, bunun bir səbəbi kimi erkən yaşdan pis vərdişlərin olması və vaxtında tibbi müayinəyə az diqqət yetirilməsini göstərib. Həkim bildirib ki, bu hal fəsadların artmasına şərait yaradır.

“Hesab olunur ki, kişilər xəstə olanda vəziyyətlərinin ağırlığını bir qədər şişirdirlər. Çox vaxt bu hətta lağlağı mövzusuna çevrilir. Bu, qadınların təbiətcə daha iradəli, ağrı və xəstəliklərə daha dözümlü olması ilə izah olunur. Bu qismən doğrudur”, – deyə Tyajelnikov bildirib.

O, izah edib ki, qadın orqanizmi uşaq dünyaya gətirməyə uyğun yaradılıb və hormonların təsiri ilə qorunur, ona görə də reproduktiv yaşda olan qadınlarda infarkt və insult daha az olur. Həkim əlavə edib ki, qadının immuniteti patogen mikroblara daha aktiv reaksiya verir, ona görə də virus infeksiyaların öhdəsindən gəlmək daha asandır.

Sonda Tyajelnikov kişilərə xəstəliyin fəsadlarının qarşısını almaq üçün sağlamlıq və profilaktikaya daha çox diqqət yetirməyi, həmçinin pis vərdişlərdən imtina etməyi tövsiyə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.