Kişilər üçün olan bu dərman gözləri məhv edir

ABŞ həkimləri 5-ci tip fosfodiestaraza ingibitorlu dərmanların sağlamlığa fəsadları barədə açıqlama verib.

Kişilərdə cinsi zəifliyə qarşı populyar “Viaqra” və “Sialis” dərmanları kişilərin gözünə çox mənfi təsir edir.

Orqanik.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-ın icbari tbbi sığorta üzrə tədqiqatçıları 215 min amerikan kişi üzərində araşdırma aparıb.

Məruzədə deyilir ki, onlardan yarıdan çoxunda dərmanın təsirindən gözlərdə problem, zəifləmə müşahidə edilib.

ABŞ-da cinsi zəifliklə bağlı hər il 20 milyon kişiyə “Viaqra” təyin edilir.

“Viaqra”nın səbəb olduğu 3 əsas göz xəstəliyi bunlardır:

– Torlu qişanın laylanması

– Torlu qişada tromblar əmələ gəlməsi

– İçemik nevropatiya

Ayda 4 dəfədən artıq “Viaqra” dərmanı qəbul edənlərdə gözlərdə qan dövranı damar pozulması müşahidə edilir.

Xüsusən öncədən, gəncliyindən gözlərində problem olanlarda dərmanlar 2 dəfə artıq mənfi fəsad göstərib.

“Viaqra” qəbul edən kişilər hər hansı gün gözlərində qəfildən yaranan qara ləkələnmə, göz önündə uçuşan obyekt, görmənin pisləşməsini hiss etsələr, mütləq oftalmoloqa müraciət etsinlər.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.