Kimyaterapiyasız xərçəng müalicəsi

Belçikada Celyad adlı biotexnologiya şirkəti, hazırladıqları dərman sayəsində daha əvvəl heç bir müalicəyə müsbət cavab verməyən bir leykemiya (qan xərçəngi) xəstəsinin, kimyaterapiyaya ehtiyac olmadan yaxşılaşdırıldığını açıqladı. Belçikalı şirkətin açıqlamasına görə, bu, dünyada xərçəng müalicəsi baxımından bir ilkdir.

Şirkət xərçəng xəstələrində immun sistemini gücləndirən bir dərman üzərində işləyir. Bu dərmanla birlikdə xəstənin bədənindən hüceyrələr alınaraq, genetik olaraq dəyişdirilir.
Beləcə dərmanın xərçəng hüceyrələrini daha asan tanıyıb, onları ortadan qaldırması təmin edilir.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nikolas van Hoekenin verdiyi məlumata görə, dərman ABŞ və Belçikadakı xərçəng xəstələri üzərində sınandı. Bəzi xəstələrdə nəticə verməsə də, bir növ sümük iliyi xərçəngi olan akut miyeloid leykemiyaya (AML) sahib bir xəstədə müalicə müsbət nəticə verdi.

XƏRÇƏNGLİ HÜCEYRƏLƏR TAMAMİLƏ YOX OLDU
Daha əvvəl tətbiq olunan müalicələri nəticəsiz qalan xəstəyə aşağı dozada dərman verildi. Müalicədən sonra xərçəngli hüceyrələrin tamamilə yox olduğu müəyyən olundu.
Xəstəlik kimyaterapiyaya ehtiyac olmadan müalicə edildi. Van Hoeke, kimyaterapiyanın çox ağır bir müalicə üsulu olduğunu və insanların bundan qaçdığını ifadə edərək, hazırladıqları yeni dərman müalicəsinin bu baxımdan bir ümid olduğunu söylədi.
ABŞ-da hər il 20 min insana AML diaqnozu qoyulur. Xəstəlik, Avropada da tez-tez müşahidə edilən xərçəng növlərindən biridir.
Belçikalı şirkət hesab edir ki, dərmanın ilk sınaq mərhələsində müsbət nəticələrin əldə edilməsi ümid verici bir inkişafdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.