Kimlərə yemiş yemək olmaz?

Kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur.

Fins.az xəbər verir ki, bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlayıb.

Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin tam acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.

Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.

Mütəxəssislər həmçinin yemişi su, süd məhsulları (pendir, qatiq), süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.

Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu-sentyabrın əvvəli yetişir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.