Şimali Koreya lideri Kim Çen In epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda respublikada koronavirus üzərində qələbəni elan edib.
Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“O, yeni koronavirusun məhv edilməsi üzrə son dərəcə təcili anti-epidemiya kampaniyasında qələbə qazanıldığını təntənəli şəkildə elan edib”, – deyə Agentlik bildirib.
Orqanik.az