Kilosu 10 manata olan şirin kartof – Batat hansı xəstəliklərdə faydalıdır?

Batat – şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir.

Orqanik.az bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçurdan şirin kartof insan sağlamlığı üçün əvəzsizdir.

Hazırda kiloqramı 10 manata olan batat  B, C, PP, A, kalsium, fosfor, askorbin turşusu, dəmir, tiamin ilə zəngindir.

Batatın faydaları:

– Tibdə onun nişastası mədə-bağırsaq yara xəstəliklərində yumşaldıcı, bərpaedici kimi istifadə olunur

– Batat orqanizmi vitaminlə təmin edib, bədəni, immuniteti möhkəmləndirir

– Qadın hormonlarının alternativini özündə birləşdirdiyi üçün menstrual tsikl pozğunluğu, sonsuzluq, hormonal disbalans və klimakterik dövr üçün əvəzsizdir

– Karbohidrat və kalsium ehtiyatına görə bütün kartof növlərini geridə qoyur. Ona görə uşaqlarda sümükləri bərkidir, sümük ağrıları, osteoporozda mütləq yeyiməlidir.

– Bu kartof antioksidant təsirlidir və sərbəst radikalları zərərsizləşdirib, iltihab və şiş xəstəliklərinin qarşısını alır

– Mövsüm allergiyasının ağırlaşmalarına qarşı da faydalıdır

– Qanda şəkərin səviyyəsini salır, ona görə diabet xəstələrinə də olar

– Ürək, təzyiq xəstələri közdə bişmişini yesələr çox faydalıdır

– Bu kartofun suyu, maskası və özünü yemək dəridə kollagen sintezini artırır, cavanlaşdırır

– Batatda nadir D vitamin vardır. D vitamin hər kəs üçün vacibdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.