Kilkə balığı – həm ucuz, həm də çox faydalı

Tanınmış həkim-fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edirik.

Bəzən bəyənmədiyimiz nemətlərdə o qədər faydalar olur ki, bunu biləndən sonra bu qədər vaxt ərzində yeməməyimizə baxıb təəssüf etmişik.

Kilkə balığı Xəzər dənizində bizə verilmiş nemətdir, həm böyüməkdə olan uşaqlar üçün, həm hamilə qadınlar üçün, həm süd verən analar üçün, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.

Belə ki, kilkə balığında başqa balıqlarda olduğundan qat-qat çox fosfor vardır. Hər 100 qramında təxminən 300 mq, bu isə bizim gündəlik normadan 3 dəfə çoxdur. Fosfor hamilə qadınlarda uşağın beyin inkişafı üçün əvəzolunmaz nemət olmaqla yanaşı, böyüməkdə olan orqanizmə kalsiumdan sonra ikinci lazım olan mineraldır.

Fosfor beyini inkişaf etdirir, bizim hər bir toxumamızda rast gəlinən bir mineraldır. Təxminən 100 kiloqramlıq insanda 1 kq fosfor olur. Bunun da 80 faizi sümüklərdə və dişlərdə olur, fosfor həm zülal, həm də karbohidrat əmələ gəlməsində aktiv rol oynayır.

Fosfor çatışmayan uşaqlarda sümük əyilməsi, arıqlama, gözlərdə zəifləmə və s. kimi hallar baş verir. Bu yazını oxuyan kimi fosfor çox olan dərman həbləri alıb içməyə tələsməyin, çünki fosforun çoxluğu da bir problemdir.

Biz hər gün kilkə balığı yesək də bədəndə fosfor artıqlığı problemi olmaz, amma dərman içsək olacaq. Ona görə də təbii şəkildə qidalanmaq lazımdır. Kilkə balığının qızarması çox dadlı olur, içi təmizlənilir, başla birlikdə sümüklərindən ayrılmadan yeyilir, yaxşı kotleti də olur. Uşaqlarınıza kilkə balığını sevdirin, bunun onlara faydası çoxdur.

Bundan başqa balıqda hər 100 qramda kalsium 300 mq (gündəlik norma 1200), maqnezium 45 (gündəlik norma 280) kimi minerallar da vardır. Çalışın həftədə 2-3 dəfə balıq yeyəsiniz. Balıqdakı omeqa3 yağ turşuları insan beynini normal çalışmasında qarantidir, düşüncəni dəqiqləşdirir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.