Juseppe Moskati: “Şəfaverici sevgi” və ya “Sevginin şəfqəti”

Juseppe Moskatinin “Şəfaverici sevgi” və ya  “sevginin şəfqəti”  adlı gözəl bir italyan filmini izlədik. Film həkimlər haqqında idi. Həkimlərə xas olan gözəl keyfiyyətləri: inanılmaz cəsurluğu, şəfqəti, fədakarlığı, həyəcanı və insanların çağırışına köməyi nümayiş etdirən film xoşa gələn idi. Əlbəttə ki, bu sözün geniş mənasında  “Sevginin bir çox yolları var …” anlamına gələn zərif düşüncə hissini, məhəbbəti əks etdirən film idi.

Yaxşı filmə baxmağı sevən hər bir kəs bunu mütləq izləməlidir. Çünki film gerçək hadisələr – tərcümeyi-hal əsasında yazılmışdır. Xüsusilə də, həkimlər bu filmə daha çox diqqət yetirməlidirlər. Filmi izlədikcə hər bir insan ona xas olan məhəbbətin heç olmazsa onda birini öz işinə verməyə hazırdırmı?.. kimi suallara, əslində, cavab tapmış olacaqdır.

Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, film 100 il bundan əvvəl yaşamış və Katolik Kilsəsi tərəfindən kanonizə edilmiş bir Siciliya həkimi haqqında çəkilmişdir. “Mərhəmət olmadan vəzifə və ədalət  ola bilməz. Şəfqət heç bir qaydaları bilmir ” ideyaları filmin əsas meyarını təşkil edir.

Juseppe Moskati (İtaliyalı Giuseppe Moscati, 25 iyul 1880-ci il, 12 aprel 1927), bütün həyatı boyu Neapolda yaşamış, yüksək tibbi təhsil almışdır. O, 23 yaşınadək tibb doktoru olmuş və 28 yaşında olarkən də böyük bir xəstəxananın baş həkiminin müavini kimi çətin bir müsabiqədə  öz rəqiblərinə qalib gələn ən gənc namizəd idi. Həmin yaşda O,Tibbi-Cərrahi Akademiyaya qəbul olunmuş və on ildən sonra da böyük bir klinikanın baş həkimi olmuşdur.

O, 1906-cı ildə Vesuvius püskürməsi zamanı xəstələri evakuasiya etməklə, həyatını təhlükəyə atmış və ruhi xəstəliyin insanlarda yaratdığı qeyri-insani şərtləri aşkar etmişdir. İki ildən sonra ilk dəfə cüzama yoluxmuş olan kasıb əhalinin yaşadığı ərazidə epidemiya şəraitində qaldıqda belə, O, öz işini xəstələrə təkcə şəfa verməklə kifayətlənmiş hesab etmirdi, həm də hər hansı xəstəlikdən ölənlərin yaxınlarına psixoloji cəhətdən yardım göstərirdi. Juseppe Moskati insanlara sakitləşdirici və təsəlliverici sözlər söyləyirdi. Onun devizi bu idi: “bəzən bir insanın ağrısı bir jest ilə: həmin anda ona verilən lazımi məsləhət,  deyilən sakitləşdirici sözlər, hətta onu qucaqlayıb başını sığallamaqla belə yüngülləşdirilə bilər”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.