Your Cart

İntihar edən qızın anası bu şirkətləri məhkəməyə verdi

ABŞ-da intihar edən 11 yaşlı Selenanın anası Tammi Rodrigez sosial şəbəkə platformalarındən şikayət edib.

Orqanik.az ted.az-a istinadən bildirir ki, Rodrigez San-Fransisko Federal Məhkəməsinə müraciət edərək “Meta” və “Snap” şirkətlərini məhkəməyə verib.  

O, qızının depressiya, yuxu, qidalanma problemləri və özünə zərər vermə kimi vərdiş və pozğunluqlarının “Instagram” və “Snapchat”dan istifadə etdikdən sonra ortaya çıxdığını bildirib.

“Snap” rəsmiləri məsələ ilə bağlı bunları deyib: “Selenanın ölümündən çox kədərlənirik və ailəsinə başsağlığı veririk. Cəmiyyətimizin sağlamlığından daha vacib heç nə yoxdur”.

“Meta” şirkəti isə mövzu ilə əlaqədar heç bir açıqlama verməyib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa