İnsult riskini azaldan 7 şərt – Damar tutmalarına son!

İnsult da genetik əsaslı xəstəliklərə daxildir. Genetikasında insult olan insanlar bu təsiri neytrallaşdırmaq və damar spazmlarının, partlamasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Texas universitetinin alimləri ürək-damar sistemini möhkəmləndirən, hətta genetik olsa belə qarşısı alan 7 şərti açıqlayıblar.

Onlar 11 min nəfər 45 yaşdan yuxarı amerikalının tibbi məlumatlarını analiz ediblər.

Onlardan hər biri üçün insultun genetik riski hesablanıb.

Müşahidələr 28 il davam edib.

Nəticələr göstərib ki, insult riskini azaldan açar faktor sağlam həyat tərzidir, o insult riskini 43% azaldıb.

Yüksək genetik kodu olan şəxslər əgər bu şərtlərə əməl edərlərsə, insult riski azalır,əlavə olaraq ömürləri 6-8 il uzanır.

Bunlar idman, fiziki aktivlik, siqaretdən imtina, çəkinin azalması, qanda qlükoza, xolesterinin normada saxlanması, təzyiqin 140-150-dən yuxarı qalxmamasıdır.

İnsultun digər səbəbi də daimi, xroniki stres, əsəbdir. Bunu da mütləq tənzimləməlisiz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.