İnsanı öldürən “Demans xəstəliyi” nədir?

Demans beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir.

Bu xəstəlik adətən alzhemer xəstəliyi ilə qarışdırılır. Ancaq tamamilə fərqlidir.

İmmunitet.az xəbər verir ki, Demans xəstəliyi adətən 50-60 yaş arası kişilərdə müşahidə edilir. Dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə, kimi zehni funksiyalarda görülən tutulmuş bacarıqlarının axsaması və zamanla itirilməsi vəziyyətidir. İnsan ömrü uzandıqca bu xəstəlik riski də yüksəlir. Yaşlı insanlarda unutqanlığın səbəbi olaraq bilinsə də əksər zaman fərqli əlamətlərlə üzə çıxır.

Ailədə olan xroniki psixoloji problemlər, beyin damar xəstəlikləri, demans xəstəliyinin olması, beyin travmaları bu xəstəliyin inkişafına səbəb ola biləcək əsas səbəblərdən biridir.

Xəstəliyin əlamətləri nədir?

Danışarkən çətinlik çəkmək

Yaddaşsızlıq

Kefsizlik – insanlara qarşı güvənsizlik

Xoşbəxtkən qəfil yaranan kefsizlik

Təkrarlanan eyni davranışlar

Davranışın etmə səbəbini unutmaq

Günlük işləri etmədə yaranan çətinlik

Birdən-birə yaranan yorğunluq hissi

Demans xəstəliyinin müalicəsi varmı?

Erkən diaqnoz zamanı müalicəsi mümkündür. Ancaq tamamilə xəstəlikdən xilas olmaz təəssüf ki mümkünsüzdür. Dərman, vitaminlər xəstəliyin ağır formasına tutulmaqdan qoruyur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.