İnsan beyini haqqında 10 TƏƏCCÜBLÜ FAKT

İnsan beyinin ən sirli orqandır. Orqanik.az sizə beyin haqqında 10 bimədiyiniz təəccüblü fakt təqdim edir.

1. İnsan beynində 85 milyarda qədər neyron (sinir hüceyrəsi) var.

2. Sinir hüceyrələrinin əsas hissəsi qocalıqda deyil, körpəlikdə məhv olur. Ən güclü neyronlar qalır, zəif neyronlar isə təbii seçim nəticəsində məhv olur.

3. İnsan beyinin çəkisi orta hesabla 1200-1400 qr təşkil edir. Beyinin çəkisi ilə insanın zəkası arasında əlaqə yoxdur. Belə ki, dahi Eyşteynin beyinin çəkisi 1230 qr idi. İnsanın zəkası neyronlar arasında əlaqələlərdən asılıdır. Bu əlaqələrin sıx olması insanı daha ağıllı edir.   

4. Bir çox insanların fikrinə görə, sinir hüceyrələri digər bədən hüceyrələrindən fərqli olaraq bərpa olunmur. Bu belə deyil. Sinir hüceyrələri də bərpa olunur, lakin bu prosess digər hüceyrələrlə müqayisədə daha mürəkkəb gedir.  

5. Beyin 20 yaşdan sonra qocalmağa başlayır. Bu yaşdan sonra yeni məlumatları yaddas saxlamaq daha çətin olur.

6. Beyini daim “fəaliyyətdə” olan savadlı insanlarda beyin xəstəliklərinin riski az olur.

7. Beyin ağrı, soyuq, isti və s. hiss etmir. Bu səbəbdən baş ağrısı zamanı ağrı siqnalı beyindən deyil, beyin qişalarından gəlir.

8. Qaranlıq otaqda işləmək beyinin fəaliyyətinə mənfi təsir edir.

9. Beyin, əzələlər kimi daim işləməlidir. Bu onu inkişaf etdirir və sağlam saxlayır.

10. İnsan beyini orqanizmin enerjisinin 20%-i  sərf edir. Ola bilsin ki, məhz bu səbəbdən alimlər arasında kök insanlar demək olar yoxdur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.