İnfarktdan qorunmağın ən sadə yolu

Alabama Universiteti (ABŞ) alimləri ürək tutması və infarktın riskini azaltmaq üçün qidalanmada cüzi dəyişikliyi tövsiyə edir.

Orqanik.az xəbər verir ki, alimlər ürəyi qorumaq üçün hər gün 1-2 banan yeməyi məsləhət görür. Kaliumla zəngin olan banan damarların sağlamlığını və elastikliyini qoruyur ki, bu da infarkt və ürək tutması riskini azaldır.

Mütəxəssislər siçanlar üzərində bir sıra eksperiment aparıb. Bir qrup siçan ürək-damar sistemi xəstəliklərinin riskini artıran yağlı qida ilə yanaşı kalium alıb, digər qrup isə yox.

Eksperimentin sonunda məlum olub ki, kalium alan siçanların damarları daha sağlam və elastikdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.