15 yaşlı yeniyetmə imtahanlara hazırlıq dövründə stresdən tamamilə dazlaşıb.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Britaniya şəhəri Birminqemdə baş verən hadisə tibb tarixinə düşüb.
Belə ki, Sem Teylorun nəinki başında, hətta bədənindəki tüklər də tökülüb.
Onun dostu, məktəbi bitirmiş digər oğlan da məktəb imtahanlarından sonra kəlləşmə – alopesiya xəstəliyinə tutulduğunu bildirib.
Həkim diaqnozu təsdiq edib.
Aparılan müalicələr nəticə verməyib, Teylor xəstəliyi ilə barışıb.
O xatırlayır ki, son 1 ildə məktəbdə özünü yaxşı hiss etmirdi. Müəllimlər ondan xərçəng olmamısan ki, deyə soruşurdular.
Valideynlər bunun keçici olduğunu düşünsələr də, övladlarında ciddi autoimmun proses getdiyini anlamadılar.
Orqanik.az